بیست اسکریپت قالب وردپرس آموزش وردپرس قالب فروشگاهی وردپرس اسکریپت
Bazar ertəsi , Oktyabr 22 2018
Ev / Azərbaycan (İran) / Ərdəbil-azərbaycan dəmir yolunun tikilməyi qəti oldu

Ərdəbil-azərbaycan dəmir yolunun tikilməyi qəti oldu

Ərdəbil əyalət başçısı, ərdəbil bölgəsinin muğan vasitəsilə azərbaycana vəsl olmasına görə dəmir yolu tikilməsindən xəbər verib dedi: muğanın azərbaycan resbubilikasından az fasilə oluğu üçün, tezlikcə bu dəmir yolunun bitməsinə şahid olacayıq.

Yolpressin verdiyi bilgilərlə bağlı, “əkbər behnamcu” bugün jurnalistlərlə oturumda azərbaycana səfərinin sonuçlarından danışaraq dedi: azərbaycana etdiyimiz səfərdə, iran-islam resbubilikasının dəmir yolu  idarəsinin sədrinin iştirakıla, ərdəbil-azərbaycan dəmir yolunun tikilməyi barədə anlaşmalar olundu.

Ərdəbil əyalət başçısı, bu dəmir yolunun 20milyon ton zərfiyətindən xəbər verərək artırdı: xarici şirkətlər bu dəmir yolunun tikməyi barədə hazırlıqların bildiriblər və umudumuz var xarici faynans yatırımlar vasitəsilə tezlikcə bu prosesin bitməsinə şahid olaq.

Behnamcu vurğuladı: azərbaycanın uğurlu istihsal mərkəzlərindən görüş, böyük iş adamlarıla görüşmə, böyük iş adamlarının ərdəbilə çağırmaşı barədə anlaşma, azərbaycan resbubilikasına etdiyimiz səfərdən önəmli sonuçlarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir