بیست اسکریپت قالب وردپرس آموزش وردپرس قالب فروشگاهی وردپرس اسکریپت
Bazar ertəsi , Dekabr 10 2018
Ev / İranın digər Türk bölgələri / 58 qaşqayi şairin şerləri ışıq üzü gördü

58 qaşqayi şairin şerləri ışıq üzü gördü

Ayatay şer toplusu 58 qaşqayı şairin, şerlərin öz içərsində yer vetibdirki bu əsər ilk dəfə olaraq "kohkeluyə və boyir əhməd" kültür və sənət idarəsinin tərəfindən toplanıb işıq üzü gördü.

Yolpressin verdiyi bilgilərlə bağlı, “növrüz ostuvar” Ontologiya toplayıcısı, jurnalistlərlə danışığında dedi: bu kitab 58 qaşqayı şairin, peyğəmbər həzrətləri, imamlar, aşura olayı, bahar, gənclik və qocalik, ata-ana, elat ellərin köçü, yağış, ana dili, sevgi şerləri, rəməzan ayı, iran və islam inqilabı kimi mövzuları üzərində yazılan şerlərindən toplanıbdır.

O’ artırdı: 171 şerdən ibarət olan bu Ontologiya 171 şerdən ibarət olaraq 339 səfhədə tolpanıbdır ki kitabın ilkində yazilan muqəddəmə vasitəsilə oxuculara oxunması rahatlaşıbdır.

Ostuvar dedi: indiyə qədər qaşqayi türk şairlərdən himayət olunmamışdı ancaq son zamanlarda kohkiluyə və boyir əhməd bölgəsinin “kültür və sənət idarəsi”nin tərəfindən bu potansiyel kəşf olunub və inkişafa çatmasına qərar verildi beləcə bu idarə sorumlularına “ayatay” şer Ontologiyasının yayımlamaq barədə minnətdarlığımı bildirirəm.

Bu yazar artırdı: “ayatay” şer toplusu çağdaş və əski şairlərinin əsərlərindən tolplanıbdır və rəhmətlik məzun cənablarından tutaraq ən çağdaş şairlərə gədər bu Ontologiyada seçilərək şerlər qeyd olubdur.

Növrüz ostuvar keçmışdə qaşqayi türkcəsində işıq üzü görmüş kitablar barəsində dedi: “ayatay” Ontologiyasının yayılmasından oňcə, ata-baba sözləri, qaşqayi nağıllarından ibarət olan “baldan şirin” adlı əsər yayımlanmışdı və eləcə qaşqay türkcəsının qıramer kitabı ışıq üzü görmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir