بیست اسکریپت قالب وردپرس آموزش وردپرس قالب فروشگاهی وردپرس اسکریپت
Bazar ertəsi , Dekabr 10 2018
Ev / İran / 8 İşid Üzvü Edam Olundu

8 İşid Üzvü Edam Olundu

İranda 2017-ci ildə terror aktının təşkilində iştirak edən İŞİD-in 8 üzvü edam olunub

Yolpressin verdiyi bilgilərlə bağlı, İran-islam resbubilikasının 2017-ci ildə paytaxtı Tehranda terror aktının təşkilində iştirak edən 8 İŞİD silahlısını edam edib.

Xatırladaq ki, qadın geyimində 4 nəfərdən ibarət qrup 2017-ci il iyunun 7-də İran parlamentinin binasında atəş açıb, sonra hücum edənlərdən biri özünü partladıb. Hücuma həmçinin imam Xomeyninin mavzoleyi məruz qalıb. Belə ki, hücum edən qadın geyimlilərdən biri partlayıcı kəmərini işə salıb. Terror aktları nəticəsində 20-ə yaxın adam şəhid olub, onlarla insan yaralanıb.

İran İnqilab Məhkəməsi bu il mayın 13-də hücumlarla əlaqəli olan 8 İŞİD silahlısı barədə edam hökmü çıxarıb. İran Ali Məhkəməsi iyunun 11-də ölüm hökmünü təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir