بیست اسکریپت قالب وردپرس آموزش وردپرس قالب فروشگاهی وردپرس اسکریپت
Bazar ertəsi , Dekabr 10 2018
Ev / Azərbaycan (İran) / Ana dilinin öyrətilməməsinin nədəni nədir?/ Türklərdən məktəb kitablarında qorxulu sima göstərilir

Ana dilinin öyrətilməməsinin nədəni nədir?/ Türklərdən məktəb kitablarında qorxulu sima göstərilir

Hadi bəhaduri, təhsil nazirinə xitabən dedi: millət sizin rusca dilinin məktəblərə gəlməsi barədə dediyiniz sözlərdən narahat olublar niyəki biz hələ Konstitusiyanin 15inci maddə sini gərəçəkləşdirə bilməmişik başqa tərəfdənsə rusların bizim ölkədə işlətdiyi cinayətlər millətimizin özəllikcə şimal ğərb əhalisinin xatirələrindən silinməyib

Yolpressin verdiyi bilgilərlə bağlı, batı azərbaycan millət vəkilləri təhsil nazirilə görüşlərində, bölgə sorunları və millətin probləmləri barədə danışdılar.

Urmu millət vəkili Hadi bəhaduri, təhsil nazirinə xitabən dedi: millət sizin rusca dilinin məktəblərə gəlməsi barədə dediyiniz sözlərdən narahat olublar niyəki biz hələ Konstitusiyanin 15inci maddə sini gərəçləşdirə bilməmişik başqa tərəfdənsə rusların bizim ölkədə işlətdiyi cinayətlər millətimizin özəllikcə batı azərbaycan əhalisinin xatirələrindən silinməyib. Sizin bu sözləriniz bizə çox ağır gəldi niyəki millət deyir ana dillərin məktəblərə gəlmək maddəsi indi 40il dir gərçəkləşmədiyi vəziyətdə nazir nədən rus dilinin məktəblərə gəməsindən danışır.

O’ ana dillərin tezlikcə məktəblərə gəlməsini istiyərək dedi: cənab nazir, sizin özünüz bizə söz verərək, ana dil öyrətim kitablarının hazır olduğun dediniz və ardıca “kültürəl devrim şura”sının muxalifətindən danışdınız. Biz bu kitabların yeni təhsil ilində məktəblərə gəlməsini gözləyirdik. Biz əyər qövmiyətlər haqlarından danışırıqsa çeşitli toplumların haqdarının doğrulmaması səbəbindəndir. Hind və çin kimin ölkələrdə, hər şəhərin məktəblərində neçə dil öyrətimi aparılır hal buki biz batı azərbaycanda iki qövmiyət vardır və millətlərın göy qurşagı olduğu təmamən yalan bir sözdür. Batı azərbaycanın 99% miləəti müsəlman və iki iran sevər qövmiyətdən təşkil olub.

Urmu millət vəkili iki dilli bölgələrdə təhsil uğursuzluqlarına toxunaraq dedi: azərbaycan və kürdüstanda ana dil öyrətiminin olmadığı, təhsil uğursuzluqların əsas nədəni dir. Mənim qızlarım tehranda təhsilə başladıqdan 2_3 ay sonra təmamən farsca dilini öyrəndilər o’ üzdən farsca dilinin öyrətiminə yox bəlkə ana dillərin öyrətimi haqda cəhd göstərməliyik.

Seyyid hadi bəhadüri, məktəb kitablarında türklərdən mənfi və gərçək olmayan sima nümayışə quyulmaq barədə artırdı: islamdan öncə və sonra hakimiyətə çatan impraturluqların çoxsu türkümüşlər ancaq məktəblərin tarix dərslərində çalışılır türklərdən çirkin və gərçək olmayan sima göstərilsin, hal buki türklər təməddünlü və mədəniyətli insanlar olub və heç zaman irandan ayrilmaq istəməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir