بیست اسکریپت قالب وردپرس آموزش وردپرس قالب فروشگاهی وردپرس اسکریپت
Bazar ertəsi , Dekabr 10 2018
Ev / Azərbaycan (İran) / Azərbaycan siyasətçiləri türkcə dilinin məktəblərə gəlməsin tələb etdilər

İran-islam resbubilikasının təhsil nazirinin ırqıçıca bəyanati itirazlara səbəb oldu:

Azərbaycan siyasətçiləri türkcə dilinin məktəblərə gəlməsin tələb etdilər

Millət Vəkilləri "Təhsil Nazirinin" ana dilləri haqda bəyanatına təpki göstərdilər

Yolpressin verdiyi bilgilərlə bağlı, Məhəmməd Bəthayi Keçən günlərdə qeyri fars dillərdə dərs keçməyi yanlnış sayıb və bu əməllərlə qeyri fars dilləri aşağıladığıladı, onun bu əməli azərbaycan millət vəkillərinin etirazına səbəb oldu.

O fars dilini oxuyan və səhvən şagirdlərin ana dilicə dərs keçməyi yanlış sayıb və dedi: məktəblərdə yerli dillərdə dərs keçmək tamamilə yanlış bir məsələdir. Fars dili bizim qırmız xəttimizdir.

Urmu millət vəkili, rulullah həzrətpur, nazirin söhbətləri barədə dedi: Konstitusiyaya və orada qaldırılmış məsələlərə baxmayan bir nazir, hökumətdə iştirak etməyə layiq deyil və vəzifədən azad olunması gərəkir.

Şərqi Azərbaycan vilayətindəki iran rəhbərinin nümayəndəsi, Milli Təhsil Nazirinin yerli dil ana dili ilə dərs keçməyə qadağa bağladığı barədə izahladı: millət ali məktəblərdə “ana dil” kursu tələb edərkən siz məktəblərdədə bu dili ilə öyrətimə qadağa qoyursuz.

Höccət əl ilslam al-Haslam əlavə etdi: “Qırmızı xəttiniz olduğu üçün də qırmızı xətlərimiz var.” türkcə bizim qirmizi xəttimizdi.

Urmu millət vəkili, seyyid hadi bahaduri hər millətin dili o’ millətin hüviyətidir deyərək artırdı: Təhsil naziri etdiyi şərhdən imtina etməlidir.

Bahaduri izahladı: Məktəblərdə Türkcə dil öyrətim tələbini fəal şəkildə davam etdirəcəyik. Türk dili yerli bir dil deyil, İran əhalisinin 40%nin dilidir.

Təbriz millət vəkili, məhəmməd ismayil səyidi isə nazirin söhbətləri barədə, Təhsil Nazirliyi etdiyi şərhdən imtina etməsə Azərbaycan nümayəndələri səssiz qalmayacaqlar, deyərək artırdı: iran xalqi çeşitli qövmiyətlərlə illər boyu bir yerdə, huzur içərsində yaşayıblar və bu birliyi o zaman qorumaq olarki tamam etniklərin qövmi şəxsiyətləri bərabərcə dəyər verilsin..

Səyidi davam etdi: Şübhəsiz ki, millət vəkilləri bu məsələləri davvam etdirməyinin qarşısinda duracaqlar və bu məsələnin eyni qaydada irəli aparmasına imkan verməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir