بیست اسکریپت قالب وردپرس آموزش وردپرس قالب فروشگاهی وردپرس اسکریپت
Çərşənbə , Noyabr 14 2018
Ev / Qafqaz / İran-azərbaycan arasında ticarətin 75% artması

İran-azərbaycan arasında ticarətin 75% artması

İran-azərbaycan ticarət kömitəsinin sədri dedi: bu ilin başlanışından al-verlərin genişlənməsilə iran-azərbaycan arasında ticarət 75% artıbdır.

Yolpressin verdiyi bilgilərlə bağlı, behruz pursüleyman ərdəbilin ticarət kömitəsinin üzvlərilə görüşdə dedi: iqtisadi sansmiyalarin yaratdığı ticarət sıxıntılarına baxmayaraq, bu ilin başlanışından al-verlərin genişlənməsilə iran-azərbaycan arasında ticarət 75% artıbdır.

O’ aslandüz-təzəkənd dəmir yolu barədə anlaşmanın imzasına toxunaraq artırdı: iki ölkə arasında ticarətin artmasına baxaraq düşünürük bu ticarətlar 80milyon dollara qədər qalxacaq dır. Ticarət al-verləri keçən il 55milyon dollarıdı.

Ərdəbil ticarət kömətisənin sədr yardımçısı iki ölkə arasında ticarətin 80milyon dollara çatması barədə izahladı: əkin hasıllarının istiratejik olmaqları və dövlətin bu hasılların ixracı barədə qanunları, biləsvar Gömrükü əkin hasıllarının ixracına İxtisaslaşmasına səbəb olubdur.

Pur süleyman davam verdi: iki ölkə arasında ticarət al-verlərinin artması və biləsvar-aslandüz dəmir yolunun başa çatması, azərbaycan, rusiyə və avrupa bazarlarına əl tapa biləcəyimiz üçün əsas müəlufələrdən biri sayılır.

O’ artırdı: iki ölkə arsında ticarət al-verlərinin dahaca artması barədə çoxlu pilanlar tökülüblər ki dövlət dəmir yolu barədə bödcələri verəbilməsə Özəl sektorlar bu işdə yardım edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir