بیست اسکریپت قالب وردپرس آموزش وردپرس قالب فروشگاهی وردپرس اسکریپت
Çərşənbə , Noyabr 14 2018
Ev / İran / İran və azərbaycan milli komandanlarının dostluq maçı

İran və azərbaycan milli komandanlarının dostluq maçı

İran-islam resbubilikasının idman və gənclər naziri azərbaycan resbubilikasının səfirilə  görüşündə, bu ölkəilə dostluq futbol maçı keçirmək barədə hazırlıqlardan xəbər verdi.

Yolpressin verdiyi bilgilərlə bağlı, bünyad hüseynov büğün seol binasında hazır olmaqla, məsud sültanilə görüşüb, ölkələr arası iş birliklərin artırması barədə danışdı.

Bu görüşün başlanışında, məsud sultanifər iki ölkə arasındakı dini eyniyətlərə toxunaraq dedi: 2ölkə arasında əlaqələr bütün alanlarda artmaqdadır.

O’ bügünkü zamandani iki ölkə arasında ilgilərin ən parlaq zamani bilib və dedi: şübhəsiz bu iş birliklərin davami, sosiyal, siyasi, kültürəl və idman sahələrində gəlişməklərə səbəb olacaq.

İdman və gənclər naziri 2ölkənin idman potansiyellərinə toxunaraq artırdı: iran və azərbaycanın idman potansiyelin gözdə alaraq eliyə bilərik idman və gənclər sahəsində ilgilərin gəlişdirməsinə səbəb olaq.

O’ bu barədə iki ölkə arasında yazılan anlaşmanı diqqətə alaraq izahladı: bu anlaşmanı başa çatdırmaq üçün ciddi təlaşda olamamiz gərəkir.

Sülatanifər, iran milli futbol komandanının asiya maçları üçün hazırlik gəzisinə toxunaraq, azərbaycan səfirinin önərisi barədə dedi: iran-boliviya arasında hazırlıq maçı keçirildi, indidə Venesueliyalı bir komandanla maç keçirmək barədə hazırlıqlar aparırıq eləcə azərbaycan resbubilikasının milli komandanıla dostluq maçı keçirməyə hazırlığımız var.

İdman naziri azərbaycan səfirindən istədi ta iran nazirinin rəsmi dəvətin azərbaycan idman nazirinə çatdırsın və ardıca artırdı: umudum var bu səfər içərsındə iranin idman mərkəzlərindən görüş edərək, iş birliklərin artırması barədədə ortaq yollar tapaq.

Bünyad hüseynov, azərbaycan resbubilikasının səfiri dedi: idman barədə iş birliklərin artırması çox ideal bir önəridir və biz eliyə bilərik tekvando, codo və başqa idman sahələrində ortaq gəzilər ayarlayaraq təcrubə al-veri edək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir