بیست اسکریپت قالب وردپرس آموزش وردپرس قالب فروشگاهی وردپرس اسکریپت
Bazar ertəsi , Oktyabr 22 2018
Ev / İran / İran XİN-in sözçüsü: “ABŞ o qədər ağılsız ola bilməz ki, İranla müharibəyə başlasın”

İran XİN-in sözçüsü: “ABŞ o qədər ağılsız ola bilməz ki, İranla müharibəyə başlasın”

B. Qasimi dedi: “Bu durumda danışıq aparmaq mümkünsüzdür' Amerika göstərib ki, etimad ediləsi deyil və heç bir iş üçün etibarlı tərəfdaş sayıla bilməz”.

Yolpressin verdiyi bilgilərlə bağlı, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında “İran ABŞ-la müzakirə aparmaqda qərarlıdır, ya yox?” sualına cavabında deyib.

B. Qasimi bildirib ki, müharibənin baş verəcəyini düşünmür: “ABŞ o qədər ağılsız ola bilməz ki, İran əleyhinə belə bir addım atsın. İran güclü dövlətdir və qorxmaz xalqı var. Bu səbəbdən müharibənin baş verəcəyini düşünmürəm. Amma Trampın düşmənçilik siyasəti davam edəcək. İran özünü buna hazırlayıb. İran xalqı meydandan başı uca çıxacaq və Tramp məcbur olacaq ki, bir gün qayıdıb istəklərini başqa formada dilə gətirsin”.

B. Qasimi ABŞ-ın İranın siyasətini pozmağa çalışmasına da toxunaraq qeyd edib ki, İran nümayəndə heyətləri hara səfər edirsə, ABŞ-dan nümayəndə heyətləri həmin yerə baş çəkir, “ABŞ bu işi çoxdandır edir və bunu ciddi şəkildə həyata keçirir ki, İranın digər ölkələrlə ticarət münasibətlərini korlasın”.

Sözçü, prezident Həsən Ruhaninin Səudiyyə Ərəbistan və Bəhreynlə münasibətlərin düzəldilməsi imkanı ilə bağlı çıxışına da münasibət bildirib. Onun sözlərinə görə, prezident İranın ümumi siyasətini açıqlayıb: “Bizim ümumi siyasətimiz budur ki, qonşu ölkələrlə münasibətlərimizi inkişaf etdirək, regionda təhlükəsiz bir mühit yaradaq, vəziyyəti stabilləşdirək, terrorizmlə mübarizə aparaq. Bu, önəmli məsələdir və bunu müxtəlif vaxtlarda demişik. Biz regionda sabitlik və təhlükəsizliyin təmini üçün bütün vasitələrdən istifadə edəcəyik. Ümid edirik ki, başqaları da bu məsələni diqqətdə saxlayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir