بیست اسکریپت قالب وردپرس آموزش وردپرس قالب فروشگاهی وردپرس اسکریپت
Çərşənbə , Noyabr 14 2018
Ev / Azərbaycan (İran) / Millət vəkili dedi: kitab sərgilərində türkcə nəşriyatların aktiv olmaqları gərəkir

Millət vəkili dedi: kitab sərgilərində türkcə nəşriyatların aktiv olmaqları gərəkir

Təbriz, üskü, azərşəhər millət vəkili kültür nazirini parliman yardımçısına xitabən dedi: azərbaycan və təbriz əhalisi, bu il təbriz beynəlxalq kitab sərgisinin axsarlıqlarının gələn ildə aradan getməsini gözlərilər.

Yolpressin verdiyi bilgilərlə bağlı, məhəmməd ismayil səyidi, təbrizin 16-ıncı beynəlxalq kitab sərgisində maliyə hesablara toxunaraq dedi: bu əsasda 4milyard 800milyon tümən təbriz kitab sərgisinə pul verilməlidi, o’ üzdən bu sərgidən himayət olunursa söz veririk bu ilinin kömitəsində kültür məsələsin daha artıq gözdə alaq.

O’ bölgə vəzifəlilərinin kitab sərgisi barədə düşüncələrinə toxunaraq dedi: bölgə vəzifəliləri boş əlilə kitab sərgisin yola salıblar. Təbrizin qocaman tarix və kültürü var, ona görədə tələbimiz var təbriz beynəlxalq kitab sərgisinə özəl baxışınız olsun və sərgi təbriz və azərbaycan böyükləri və qocaman şəxsiyətlərinin yaraşınğında irəliləsin.

Şəbistər millət vəkili də bu açılış törənində kültürəl ekonominin sosyal camiənin əsaslarından olduğunu vurğulayaraq artırdı: cənab nazirin yardımçısından, türkcə kitab nəşriyatları təbriz və başqa bölgələri kitab sərgisində aktivləşmasini istəyirik.

Məsumə aqapur, başqa bir tələbin dilə gətirməsilə dedi: parlimanın qadınlar kömitəsi və ölkə qadınları, qadınların 30% müdürlük haqlarının unutulmamasını istəyilar.

Təbriz 16-ıncı beynəlxalq kitab sərgisi oktiyabrın 21-indən 26-sına qədər saat 10dan 20-yə qədər təbriz bəynəlxalq sərgisində qurulacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir