بیست اسکریپت قالب وردپرس آموزش وردپرس قالب فروشگاهی وردپرس اسکریپت
Çərşənbə , Noyabr 14 2018
Ev / Azərbaycan (İran) / Prezident, millətin azərbaycanlı nazir seçilmək barədə tələblərinə önəm verməlidir

Zəhra sayi:

Prezident, millətin azərbaycanlı nazir seçilmək barədə tələblərinə önəm verməlidir

Təbriz millət vəkili dedi: türk nazirin seçilməsi azərbaycan əhalisinin əsas tələblərindən biridir ki prezident tərəfindən önəm verilib və gərçəkləşdirilməsi gərəkir.

Yolpressin verdiyi bilgilərlə bağlı, zəhra sayi, parlimanın qadın millət vəkillərinin prezidentə qadın nazir seçilməsi barədə yazdığı məktubdan söz açaraq elan etdi: prezident və dövlətdən intizar gədir ki ən azı bir qadın nazir yeni nazirlər sırasında dövlətə yol tapsın ancaq bu məsələ möhtəmil şəxslərin içərisində gözdən atılıbdır.

Təbriz, azərşəhər və üskü millət vəkili davam etdi: indi beynəlxalq alanlarda bir çox qadınlarımız vardır ki pratik işlərdə mudafiə olunacaq əməlləri vardır ancaq onların başatları işə alınmayır.

Sayi vurğuladı: əyər qadınların nazir olaraq dövlətdə iştirak etmələri barədə imkan yoxdursa, dövlətçilərin bu barədə inandırıcı cavab verməkləri gərəkir.

Bu millət vəkili dedi: türk nazir seçilməsi azərbaycan əhalisinin ən önəmli tələblərindən biri sayılır ki prezident cənablarının bu məsələyə diqqətli olmaqları gərəkir niyəki azərbaycan bölgəsində çoxlu təxəssüs sahabı və uzman insaları vardırkı onları nazirlik heyətində iştirak etmək üçün layiq edir və prezident cənablarıda bu insanları yaxşıcasına tanıyır.

Parlimanın sosiyal məsələlər kömitəsinin üzvü vurğuladı: bu seçgilərdə prezident ruhanidən himayət edən azərbaycan əhalusinin bir çoxunun tələdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir