بیست اسکریپت قالب وردپرس آموزش وردپرس قالب فروشگاهی وردپرس اسکریپت
Bazar ertəsi , Oktyabr 22 2018
Ev / Azərbaycan (İran) / Sayqısızlıq edənləri suçlamaqdansa, Tiraxtur komandasının tərəfdarlarını tutuqladılar

Mərənd və culfa millət vəkili:

Sayqısızlıq edənləri suçlamaqdansa, Tiraxtur komandasının tərəfdarlarını tutuqladılar

Məhəmməd Həsənnijadin söylədiklərinə görə başkənd Tehran komandaları İtsiqlal və Perspolis  başqa şəhərlərin komandaları ilə yarışanda bir çox hallarda sayqısılıq və aşağılamalara  şahid oluruq. Ancaq sayqısızlıq edənləri suçlamaqdansa, Tiraxtur komandasının 40 nəfər tərəfdarı tutuqlanır.

Yolpressin verdiyi bilgilərlə bağlı Mərənd millət vəkili bu gün məclisdəki çıxışında idman naziri, futbol federasiyası və milli telvizyaya uyarı olaraq dedi: İran futbolunda gedən prosseslər milli təhlükəsizliyi sarsıdır. İtsiqlal və Perspolis komandalarının başqa şəhərlərdəki yarışlarında bu komandaları dəstəkləyənlər tərəfindən ən çirkin sayqısılığa şahid oluruq. Ancaq sayqısızlıq edənlərin yerinə Tiraxtur komandasının 40 nəfər tərəfdarı tutuqlanıb. Keçmişdə Perspolis ilə Məscid Süleyman komandalarının oyununda polis qüvvələri bəxtira gəyimli bir vətəndaşa hücum edib, milli tv də isə onun geyimini bold etdirdi. Nə yazıq ki bəziləri milli təhlükəsizliyi və ölkənin ərazi bütövlüyünü heç düşünmürlər. Mənim sorumlulara önərim budur ki ya ancaq öz işləri ilə ilgilənsinlər  ya da futbol liqasını tərk etsinlər .

M.Həsənizadə İdman Nazirliyinin bu iki başkənd komandalarına milyardlıq yardımından söz açaraq dedi: “sonuncu sözüm idman naziri cənablarınadır. O, çəkinmədən İstiqlal və Perspolis komandalarının borclarını ödəyib, onlara etdiyi maliyyə yardımından söz açıb, ancaq bir neçə gün sonra  həmin nazir “Karlos Keyroş” Perspolis məşqçisinin pulunu ödəməyə büdcəmiz yoxdur deyir. Mərəndin güləşmə  taxımına  pulları yoxdur, ancaq İstiqlal və Perspolisə neçə milyardlıq yardıma pulları daşır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir