بیست اسکریپت قالب وردپرس آموزش وردپرس قالب فروشگاهی وردپرس اسکریپت
Bazar ertəsi , Oktyabr 22 2018
Ev / Azərbaycan (İran) / “Urmu Bələdiyə Komandası” ləğv olunur

“Urmu Bələdiyə Komandası” ləğv olunur

Urmu bələdiyyə Voleybol komandasının ləğv olunma qərarı Urmu şəhər şurasında səs aldı.

Yolpressin verdiyi bilgilərlə bağlı,  İran Azərbaycanının Urmu şəhəri, Asiyanın Voleybol başkəndi aldanıb. Bu şəhərin əhalisi idmanlar içərisində, Voleybola başqa şəkildə dəyər verdikləri hamiya aydındır.

Urmu Voleybol komandanlarının içərsində, Urmu bələdiyyə komandası, İran liqasının önəmli komandanlarından biri olaraq Urmu əlahisinin ürəklərində başqa bir yeri var, və hər il bu komandanın oyunlarına qatılaraq Urmunun 12 min nəfərlik “Durnalar Yuvası” zalında toplanaraq bu komandanı dəstəkləyirlər.

Urmu şəhəri uzaq keçmişdən voleybal komandaları qurub və İranın birinci liqasına göndərmişdi, ancaq onlarında heç biri, çeşidli nədənlərdən asılı olaraq ləğv olmuşdular. “Azər Pəyam”, “Peqah”, “Fulad”, “Muxabirat”-dan ibarət olaraq bu komandalar çeşitli orqnlar tərəfindən qurulub, sonradan maliyyə çatışmazlıqlara görə bağlanılmışlılar.

Keçən günlərdə  “Urmu Bələdiyə”-si adını daşiyan, Urmunun təkcə voleybol komandası və İranın birinci liqasında önəmli komnadanlardan sayılan bu taxımın ləğv olunmaq sənədi Urmuun şəhər şurasında səsə qoyuldu və 11 səsdən 7səs qazanaraq, komandanın ləğv olunması elan edildi.

Bu olay millət, idman şəxsiyətləri və Urmu bələdiyyə komandasının volybolçılarının sərt etirazına səbəb oldu.

Məhəmməd Xəlilpur, Urmu şəhər şurasının kültür komitəsinin sədri, bələdiyə komandasının ləğv olmasına səs verərək dedi: Urmu bələdiyyəsi işçilərinin maaşını ödəyə bilmədiyi durumda, komanda qurub və ildə milyonlarca pul ona büdcə ayırması heç düzgün deyil.

Murtəza Piri, Urmu şəhər şurasının başqa üzvü, bu barədə dedi: əgər maliyə sorunları bu komandanın, ləğv olunmasının əsas nədənidirsə, bəs nədən bu komandaya neçə xarici oyunçu gətirdikdən və çoxlu pul xərclədikdən sonra bu qərar verilir?

O, artırdı: şuranın bu türlü qərarları ilə, bələdiyə və şuranın nəzarəti altında olan başqa qurumlar da ləğv edilsin və son addımda şuranı bağladsınlar. Şuranın bu tip qərarları heç də yaxşi deyil.

Urmu millət vəkili, Nadir Qazipur, “Urmu valisi bu qərarı rəd edəcək” deyə davam etdi: on illərcə keçmişi olan Urmu bəlidiyə taxımının faaliyətlərinin davamı, Urmu millətinin ilkin, doğal haqqıdır.

Məhəmməd Məhdi Şəhriyarı, Batı Azərbaycan əyalət başçısı Urmu bələdiyə komandasının ləğv olunması barədə dedi: bu komanda gərək çoxdan ləğv olardı, ancaq bəlli olmayan nədənlərə görə yubanıb.

Ancaq həmən əyalət başçısı, irqçi baxışa sahib olduğu üçün, kürd sakinli “Bokan” şəhərinin komandanlarına maliyyə dəstəkləri vərir.

Əbdülriza Əlizadə, Urmu bələdiyə taxımının oyunçusu və İran liqasının professional karakterlərindən birisi sorumlulara xitabən belə dedi: “Urmu gölü sizin yanlış apardığınız siyasətlər ucbatından quruyub çol oldu, indi də bu qərarınızla volibolun kökünü bu şəhərdə qurutmaqla, Asiyanın volibol başkəndi adını bu şəhərdən almaq istəyirsiz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir